20 yanvar – hüzn və qəhrəmanlıq salnaməsinə həsr edilmiş dəyirmi masa

20 yanvar – hüzn və qəhrəmanlıq salnaməsinə həsr edilmiş dəyirmi masa

 AMEA Qafqazşünaslıq İnstitutunda sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətl hadisəsinin 28 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. M.Qasımlı 20 Yanvar hadisəsindən danışmış, onu həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir.

Dəyirmi masada Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d., dosent Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Şimali Qafqaz şöbəsinin müdiri i.e.ü.f.d. Liliya Mirzəzadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış etmişlər.


  
Bölmələr: Dəyirmi masalar
Teqlər:

Rəy bildir