Elmi işlər üzrə direktor müavini


Elmi işlər üzrə direktor müavini vəzifəsinin icraçısı

Ramilə Bəhlul qızı Dadaşova

 

 

Doğum tarixi: 27 yanvar 1972

Doğum yeri: Azərbaycan Respublikası, Beyləqan rayonu

Vətəndaşlıq: Azərbaycan

Elm sahəsi: Politologiya. Beynəlxalq münasibətlər

İş yeri: Azərbaycan Milli Elmlər Akademiyası

Elmi dərəcəsi: Tarix üzrə fəlsəfə doktoru

Elmi vəzifəsi: dosent

Təhsili: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti.


    1972-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu (ixtisas:politoloq, ali və orta ixtisas təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi) ilə bitirmişdir. 1998-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Dillər Universitetini bitirmiş, tərcüməçi (fransız dili) ixtisasına yiyələnmişdir. 2003-cü il  29 dekabr tarixdə BDU-nun nəzdində yaradılmış Birdəfəlik Müdafiə Şurasında “Azərbaycanın Avropa dövlətləri ilə münasibətləri (1920-1922-ci illər)” adlı dissertasiya işini müdafiə edərək 07.00.13- Beynəlxalq münasibətlər tarixi ixtisası ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. AAK-ın 2014-cü il 27 may tarixli qərarı ilə “Beynəlxalq münasibətlər” ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 2018-ci il 28 fevral tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdindəki BD 02.101 Dissertasiya Şurasında “Regional münaqişələrin həlli kontekstində BMT-də islahatların zəruriliyi (Cənubi Qafqaz timsalında)” adlı dissertasiya işini müdafiə edərək 5901.01 - Beynəlxalq münasibətlər ixtisası ilə siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 4 monoqrafiya, 1 kollektiv kitab, 80 elmi məqalə müəllifidir. Elmi məqalələri Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdə, o cümlədən Rusiyada, Türkiyədə, Ukraynada, İtaliyada nəşr edilmişdir. Azərbaycanda, eyni zamanda xaricdə, Rusiyada, Türkiyədə, Ukraynada olan beynəlxalq elmi konfranslarda məruzələr etmişdir. İnternet saytlarında və qəzetlərdə aktual mövzularda yazıları dərc edilmişdir. Fransız, ingilis, rus, türk dillərini bilir.

         1996-1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris şöbəsində baş inspektor, 1999-cu ildə Azərbaycan Respublikası Ticarət Nazirliyi nəzdindəki AMKM-də fransız dili üzrə aparıcı tərcüməçi, 1999-2002-ci illərdə Azərbaycan Dillər Universiteti “İngilis dilinin leksikası və ölkəşünaslıq” kafedrasında müəllim, 2005-ci ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsində elmi işçi, 2009-cu ildə böyük elmi işçi, 2013-2014-cü illərdə aparıcı elmi işçi, 2015-ci ildə sonradan müsabiqədən keçmək şərtilə baş elmi işçi vəzifələrində, 2016-2018-ci illərdə AMEA Qafqazşünaslıq İnstitutu Qafqaz siyasəti şəbəsinin müdiri vəzifəsində çalışmışdır.

 

    Elmi fəaliyyəti

   “Azərbaycanın Avropa dövlətləri ilə münasibətləri (1920-1922-ci illər)” adlı dissertasiya işi ilkin arxiv mənbələri əsasında yazılmışdır. Belə elmi yenilik əldə edilmişdir ki, Azərbaycanda Sovet Rusiyasının müdaxiləsi ilə sovet hökuməti yaradıldıqdan sonra mərkəzdən edilən təzyiqlərə qarşı müqavimət göstərərək respublika öz müstəqilliyini, dövlət atributlarını saxlaya bilmişdi. 1920-ci il aprelin 28-dən 1922-ci il dekabrın 30-da SSRİ yaradılana qədərki dövrdə dövlətin əsas funksiyalarından biri olan xarici siyasət, məhdudiyyətlər olsa da, müstəqil həyata keçirilmişdi. Azərbaycanın Avropa dövlətləri ilə diplomatik-siyasi, ticarət-iqtisadi, təhsil, mətbuat və informasiya sahəsində əlaqələri olmuşdur. Aprel çevrilişindən sonra Azərbaycanın Sovet Russiyası tərəfindən işğal edildiyini düşünən İngiltərə, Fransa, Belçika, Danimarka, Polşa, Yunanıstan və Finlandiya Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərini geri çağırmış və vətəndaşlarının maraqlarının müdafiəsini Azərbaycanda fəaliyyət göstərən İran konsulluğuna və Gürcüstan diplomatik nümayəndəliyinə həvalə etmişdilər. Bakıda qalan və 1920-1922-ci illərdə fasilələrlə də olsa, fəaliyyət göstərən diplomatik nümayəndəliklər İtaliya siyasi agentliyi, Şotlandiya konsulluğu, İsveç və İsveçrə konsul agentliyi və konsulluq funksiyasını yerinə yetirən Çexoslovakiya müvəqqəti   milli şurası idi. Çevriliş ərəfəsində diplomatik nümayəndəliyi olmayan Almaniya Bakıda öz nümayəndəliyini açmışdı, Avstriya çevrilişdən sonra Azərbaycanı tanımış, Finlandiya isə Azərbaycanla diplomatik-siyasi münasibətlərini bərpa etmişdi.

    “Regional münaqişələrin həlli kontekstində BMT-də islahatların zəruriliyi (Cənubi Qafqaz timsalında)” adlı dissertasiya işinin tədqiqinin nəticəsində belə elmi yenilik əldə edilmişdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ Təhlükəsizlik Şurasının fəaliyyətinin ən böyük qüsurlarından biridir. Daimi üzvlər veto hüququndan bir-birinə qarşı diplomatik-siyasi mübarizədə siyasi silah kimi istifadə edirlər. Təhlükəsizlik Şurasının daimi üzvləri arasında geosiyasi maraqların təmin olunmasından doğan ziddiyyətlərin mövcud olması BMT mexanizmində veto hüququnun olması və qərarların qəbul edilməsində qeyri-demokratik səsvermə sisteminin mövcudluğu beynəlxalq və regional münaqişələrin nizama salınmasına mane olur. Nəticədə maraqlarını təmin etmək üçün veto hüququndan istifadə edən və onların əleyhinə olan dövlətlərin fəaliyyətində ikili standartlar yaranır. İkincisi, sürətlə silahlanmanın artması, münaqişə yaşayan dövlətlərə silah satma marağı münaqişələrin nizma salınmasında Təhlükəsizlik Şurasının öz məsuliyyətini yerinə yetirməsinə imkan vermir.Üçüncüsü, Birləşmiş Millətlər Təşkilatının regional qruplarına görə Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvləri “Soyuq müharibə” dövrünə uyğun regionlar üzrə seçilirlər. Bu da təşkilatın fəaliyyətində müəyyən boşluqlar yaradır. Dördüncüsü, Baş Məclis və Təhlükəsizlik Şurası üzvlərinin sayı arasında qeyri-bərabərlik Təhlükəsizlik  Şurasının əsas qüsurlarından biridir. Beşincisi, daimi üzvlərin öz hüquqlarından istifadə edərək veto hüququnun ləğv edilməsi barədə qərarlara Təhlükəsizlik Şurasında veto qoyacaqları ehtimalı böyükdür. Ona görə də veto hüququnun ləğv edilməsinə dair qərar Baş Məclisdə qəbul edilə bilər. 1950-ci ildə qəbul edilmiş “Sülh naminə əməkdaşlıq” qətnaməsi bu imkanı Baş Məclisə verir. Baş Məclisin səlahiyyətlərinin artırılması şərti ilə BMT yalnız dövlətlərarası deyil, həm də beynəlxalq xarakterli təşkilat olmalı, ayrı-ayrı milli dövlətlərin suverenlikləri saxlanılmaqla, onların hakimiyyəti üzərində özünə yer tutmalı və beynəlxalq münasibətlərdə sərbəst rol oynamalıdır. Altıncısı, Təhlükəsizlik Şurası təcavüz aktını müəyyənləşdirmədikdə, Beynəlxalq Məhkəmənin bu hüququ həyata keçirmək hüququ olmalıdır. Yeddincisi, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsində günahkar tərəfə qarşı alternativi olmayan beynəlxalq xarakterli iqtisadi sanksiyalardan istifadə etməsi nəinki ayrı-ayrı dövlətlərin beynəlxalq hüquq normalarına riayət etməsinə, həmçinin ikitərəfli, çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə səbəb ola bilər və bu da özlüyündə beynəlxalq münasibətlərdə tarazlaşdırmaya gətirib çıxara bilər. Səkkizincisi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü pozan təcavüzkar dövlət kimi Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsinə əsas verən faktları tədqiq edərək  belə nəticə əldə edilmişdir ki, Ermənistan BMT Baş Məclisinin 1974-cü il 3314 saylı “Təcavüzün müəyyən edilməsi barədə” qətnaməsində təcavüzü müəyyən edən aktların hər birini Azərbaycana qarşı tətbiq etmişdir. Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirməsi barədə qərar qəbul etməsi, Ali Sovetin Dağlıq Qarabağın iqtisadi inkişaf planları daxil olmaqla, Ermənistanın iqtisadi inkişafı barədə dövlət proqramını qəbul etməsi, separatçıların və terrorçuların Ermənistan parlamentinin üzvü olması, separatçı və terrorçu şəxslərin hakimiyyətdə olması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi və qondarma qurum yaradılması, Ermənistanın azərbaycanlıların soyqırımını həyata keçirməsi, hərbi əsir və girovları öz ərazisində saxlaması, Ermənistanın Azərbaycana qarşı terror aktları tətbiq etməsi, terror yolu ilə etnik təmizləmə siyasətini həyata keçirməsi, Azərbaycanın işğal edilmiş ərazilərinə hökumət səviyyəsində erməni əhalini köçürməsi, işğal etdiyi ərazilərdə olan təbii ehtiyatları talaması, yer adlarını erməni adları ilə əvəz etməsi, tarix və mədəniyyət abidələrini dağıtması, abidələri süni surətdə erməniləşdirməsi, “yandırılmış torpaq” taktikası və işğal etdiyi  ərazilərin əksər hissəsini  minalaması, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun Ermənistanın tam nəzarəti, idarəçiliyi altında olması BMT Təhlükəsizlik Şurasına Ermənistanı təcavüzkar dövlət kimi müəyyənləşdirməyə əsas verir.


Elmi əsərlərinin siyahısı

Azərbaycanda

*Avropa dövlətləri və Azərbaycan (1920-1922-ci illər). Bakı, 2006, Planet-press, 206 s., 13 ç.v.

*Beynəlxalq münasibətlərin müasir problemləri və BMT. Bakı, 2012, Təknur, 186 s., 12,5 ç.v.

*Diplomatik portpetlər. Bakı:Avropa. 2015, 120s., 8 ç.v.
*Regional münaqişələrin həlli problemi: BMT-də islahatlar. (İngilis dilində). Bakı: Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəşriyyatı, 2018, 165 s., 15 ç.v.

*Gürcüstan-İran İslam Respublikasi münasibətləri. Bakı: Mütərcim nəşriyyatı, 2018, 152 s., 15 ç.v. 


Elmi məqalələri

Azərbaycanda

*Azərbaycanın Fransa ilə münasibətləri. “Qanun” jurnalı, Bakı, 1996, N1, s.56-57, 0,3 ç.v.

*Azərbaycanda aprel işğalı Fransa mətbuatında. “Beynəlxalq həyat” jurnalı, Bakı, 1998, N2-4, s.65-66, 0,3 ç.v.

*1920-ci il aprel işğalından sonra Avropa dövlətlərinin Azərbaycana münasibəti. “Qanun” jurnalı, Bakı,1993,N3,s.66-68, 0,5 ç.v.

*Azərbaycan-İngiltərə münasibətləri. “Qanun” jurnalı, Bakı, 1993, N3, s.66-68, 0,5 ç.v.

*Avropa dövlətlərinin Bakıdakı nümayəndəliklərinin ləğv edilməsi (1920-1922-ci illər). Aspirantların və gənc tədqiqatçıların elmi konfransının tezisləri, II hissə, Bakı, 2000, s.51-54, BDU,0,2 ç.v.

*Genuya və Haaqa konfranslarında Bakı nefti məsələsi. Azərbaycan Xalq Cumhuriyyətinin 83-cü ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, Ağrıdağ, 2001, s.96-99 , AMEA, A.Bakıxanov adına Tarix İnstitutu, 0,6 ç.v.

*Azərbycan Almaniya ilə münasibətləri və ticarət-iqtisadi əlaqələri (1920-1922-ci illər). “Tarix və onun problemləri” jurnalı, Bakı, 2001,N2,s.80-85, BDU, 0,6 ç.v.

*Azərbaycan xarici siyasət orqanlarında dəyişikliklər (1920-1922-ci illər). Humanitar elməlrin öyrənilməsinin aktual problemləri, Ali məktəblərarası tematik məcmuə, Bakı, Mütərcim, 2002, N1,s.234-235, 0,5 ç.v.

*Azərbaycan-Polşa münasibətləri (1920-1922-ci illər). “Elm” qəzeti, N3-4, 2002, 0,5 ç.v.

*Azərbaycan-Polşa münasibətləri (1920-1922-ci illər). “Elm” qəzeti, N3-4, 2002, 0,5 ç.v.

*Azərbycanın ticarət-iqtisadi əlaqələri (1920-1922-ci illər). “Elm və həyat” jurnalı, Bakı, 2002, N1-2, s.40-45, 0,6 ç.v.

*Azərbycan - Fransa münasibətləri və ticarət-iqtisadi əlaqələri (1920-1922-ci illər). “Tarix və onun problemləri” jurnalı, Bakı, 2002, N1, s.56-61, BDU,0,6 ç.v.

*Azərbaycan və Avropa dövlətləri (1920-1922-ci illər). Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, Bakı, 2002, N3, s.217-219, 0,5 ç.v.

*İraq problemi və BMT. Şərq-Qərb:sivilizasiyaların dialoqu, Elmi-nəzəri jurnal, Bakı, 2006, N3-4, s.116-126, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu,0,7 ç.v.

*Terrorçu Ermənistana qarşı beynəlxalq konvensiyaların tətbiqi. “Tarix və onun problemləri” jurnalı, Bakı, 2006, N4, s.225-230, BDU, 0,5 ç.v.

*Afrika Birliyi ölkələrinin sülh və təhlükəsizliyini müdafiədə BMT-nin rolu. “Elmi əsərlər”, Bakı, 2007,N1,s.63-72,  AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 0,7. ç.v.

*BMT-də islahatların perspektivləri. AMEA-nın Xəbərləri, Bakı, 2007, N8, s.333-343, 0,7 ç.v.

*Gürcüstanda olan münaqişələrin xüsusiyyətləri. Sosial-siyasi problemlər, Bakı, 2008, N2-3, s.85-89, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 0,4 ç.v.

*BMT-də islahatlar və TŞ-nın daimi üzvlərinin mövqeyi. Bakı Universitetinin Xəbərləri, Bakı, 2008, N1, s.141-147, BDU. 0,7 ç.v.

*Abxaziya problemi və BMT. AMEA-nın Xəbərləri, Bakı, 2008, N4, s.314-326, 0,7 ç.v.

*BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bəzi ziddiyyətlər. Beynəlxalq münasibətlərin aktual problemləri. Məqalələr toplusu. Bakı, 2006, N1,s. 85-100, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 1 ç.v.

* Abxaziya münaqişəsi: səbəblər və nəticələr. Tarix və onun problemləri, Bakı, 2008, N3, s.153-158, BDU, 0,5 ç.v.

*Ermənistanın Azərbaycana silahlı təcavüzü: hərbi əsir və girovların hüquqlarının pozulması. Sosial-siyasi problemlər, Bakı, 2009, N1, s.74-83 AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 0,5 ç.v.

*BMT-nin yaradılmasında tarixi zərurət və məqsəd. Bakı Universitetinin Xəbərləri,Bakı,2009, N1, s.160-165, BDU, 0,6 ç.v.

*The aggressive acts and the principle of the territorial integrity of Armenia against Azerbaijan. Azerbaijan and Azerbaijanis Азербайджан и Азербайджанцы, Baku, 2009,  vol. 103-104 N1-2, p.162-168, AMEA, 0,6 ç.v.

*BMT-nin qətnamələri və Ermənistanın dekonstruktiv mövqeyi. Sosial-siyasi problemlər, Bakı,2009,N2, s.38-48, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 0,4 ç.v.

*Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış qaçqın probleminin həlli üçün BMT-nin fəaliyyətinin gücləndirilməsi perspektivləri. AMEA-nın Xəbərləri, Bakı, 2009, N11,  s.245-255, 0,7 ç.v.

*Regional münaqişələrin nizama salınmasında BMT-nin regional və subregional təşkilatlarla əməkdaşlığı. Tarix və onun problemləri,Bakı,2009, N3, Xüsusi Buraxılış,s.397-401, BDU, 0,5 ç.v.

*Beynəlxalq sülh və təhlükəsizliyin müdafiəsində BMT TŞ-nın rolu. Elmi Əsərlər,Bakı, 2009, N1-2,s.121-127, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 0,7 ç.v.

*Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizmi və onunla mübarizə məsələləri. Pedaqoji Universitetin Xəbərləri, Bakı, 2009, N6, s.129-133, 0,5 ç.v.

*Ermənistan-Azərbaycan münaqişəsinin BMT çərçivəsində həlli yolları. Bakı Universitetinin Xəbərləri,Bakı,2009, N4, s.171-178 , BDU, 0,7 ç.v.

*BMT-nin sülh potensialının möhkəmləndirilməsi prinsipləri. AMEA-nın Xəbərləri, Bakı, 2009, N12,  s.200-209, 0,7 ç.v.

*Армянские преступления и предложения по усилению активизации ООН в регулировании конфликта между Арменией и Азербайджаном. Azerbaijan and Azerbaijanis Азербайджан и Азербайджанцы, Baku, 2010,  vol. 105-106 N1-2, p.166-170, AMEA, 0,5 ç.v.

*Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin formaları. Pedaqoji Universitetin Xəbərləri, Bakı, 2010, N3, s.168-172. 0,5 ç.v.

*The solution ways in UN frame of the regional conflicts in the South Caucasus. “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” İqtisadiyyat və beynəlxalq münasibətlər III Beynəlxalq konqresin tezisləri, 15-17 oktyabr 2010-cu il, Bakı, Azərbaycan, p.278-279, Qafqaz Universiteti, 0,2 ç.v.

*Ermənistanın “dezinformasiya müharibəsi”nin münaqişənin nizama salınmasına təsiri. Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası çərçivəsində keçirilən “Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı” adlı konfransın materialları, 18-23 noyabr 2010-cu il, Bakı, s. 282-285, AMEA, 0,5 ç.v.

*Atəşkəsdən sonrakı dövrdə BMT ilə əməkdaşlıq. Bakı Universitetinin Xəbərləri, Bakı,2010, N3, s.192-197, BDU, 0,6 ç.v.

*The solution ways in UN frame of the regional conflicts in the South Caucasus. “Qarabağ dünən, bu gün və sabah” 10-cu elmi-əməli konfransının materialları, Bakı, 2011, s.172-179, QAT, 0,5 ç.v.

* Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizmi və onunla mübarizə məsələləri. AMEA-nın xəbərləri, Bakı, 2010,  N1-2, s.187-192, 0,6 ç.v.

*Qlobal təhlükələr və BMT-də islahatlar. Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, Bakı,2011, N3, s.17-22, BDU, 0,6 ç.v.

*The causes and results of the Armenia-Azerbaijan conflict. Azerbaijan and Azerbaijanis Азербайджан и Азербайджанцы, Baku, 2012,  N3-4, p.23-26, AMEA, 0,5 ç.v.

*Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı region dövlətlərinin mövqeyi. “Ulu öndər Heydər Əliyevin irsi və politologiyanın aktual problemləri” adlı Ümumrespublika elmi-praktik konfransının materialları, Bakı, 2012, s.158-161,  AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu , 0,3 ç.v.

*BMT-nin qurumları arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri. AMEA-nın xəbərləri, Bakı, 2012,  N1, s.353-36, 0,6 ç.v.

*Regional münaqişələrin nizama salınmasında   Beynəlxalq Məhkəmənin rolunun artırılması perspektivləri. Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, Bakı,2012, N2, s.5-11, BDU, 0,6 ç.v.

*Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında Təhlükəsizlik Şurasının rolu. Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri, LXVIII cild, N3, 2012, s.152-159, 0,6 ç.v.

*Qloballaşma prosesində insan haqları və demokratikləşmə problemləri. Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, Bakı, 2013, N2, s.142-148, BDU, 0,8 ç.v.

*Qloballaşmanın ümumdünya təsisatları və Azərbaycan Respublikasının Bretton-Vuds təşkilatları ilə əməkdaşlığı. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materialları, Bakı, 06 may 2013-cü il, s.177-182, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu “Heydər Əliyev məktəbi”, 0,5 ç.v.

*ABŞ-ın birqütblü dünya yaratmaq cəhdləri: mülahizələr. AMEA-nın Xəbərləri, Bakı, 2014,  N1, s.202-207, 0,7 ç.v.

*Cənubi Qafqaz dünya siyasətində. Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri, LXX cild, N2, 2014, s.75-80, 0,8 ç.v.
*Ermənistanın Dağlıq Qarabağa qeyri-qanuni köçürmə siyasətinin qarşısının alınmasında Ulu Öndər Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin rolu”. Fəlsəfə və Hüquq İnstitutu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi-rpaktik konfransın materialları, Bakı, 8 may 2014, s.103-110, 0,5 ç.v.

*Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və BMT. Azərbaycan MEA Rəyasət Heyəti Qafqazşünaslıq İnstitutu. Qafqazşünasların I Beynəlxalq Forumu. Elmi Məruzələr. 2 cilddə. II c., Bakı, 17-18 aprel 2017-ci il, s.191-197, 1 ç.v.

*Azərbaycanlıların və türklərin soyqırımı ilə nəticələnən qlobal təhlükəli erməni terrorları. Azərbaycan MEA Rəyasət Heyəti A.A.Bakıxanov adına Tarix İnstitutu T.C.Atatürk Araştırma Mərkəzi Lənkəran Rayon İcra Hakimiyyəti. XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları IV Beynəlxalq elmi konfransın materialları. Lənkəran, 22-27 aprel 2017-ci il, s.506-510, 0,8 ç.v. 

*Ermənilərin İran əleyhinə fəaliyyətləri. Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər Respublika elmi konfransı. Tezislər. Bakı, 04 dekabr 2017, s.22, 0,3 ç.v.

*Necessity of the reforms in United Nations for peace and solution of the regional conflicts. Proceedings of International Scientific Conference on Sustainable Development Goals 24-25 November 2017, Baku, Azerbaijan, 0,8 ç.v.

*Ermənistanın işğal etdiyi ərazilərdə tarixi abidələri saxtalaşdırması istiqamətləri və beynəlxalq hüquq normaları. Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cumhuriyyəti  - 100: Müsəlman Şərqində ilk Parlamentli Respublika 21-23 may 2018-ci il. Beynəlxalq elmi konfransın xülasələri, s.54, 0,2 ç.v.

*Ermənistanın işğal etdiyi ərazilərdə tarixi abidələri saxtalaşdırması istiqamətləri və beynəlxalq hüquq normaları. Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cumhuriyyəti  - 100: Müsəlman Şərqində ilk Parlamentli Respublika 21-23 may 2018-ci il. Beynəlxalq elmi konfransın xülasələri.s.994-1000, 0,8 ç.v.


Xarici ölkələrdə

*Reforma OON:Problemiı i perspektivı. Odeskiy derjavniy ekonomiçniy universitet, naukoviy vestnik,Odesa 2008, N15, s.202-209, 0,5 ç.v.(Ukrayna)

*Перспективы усиления активизации ООН в урегулирование конфликтов на Южном Кавказе. Актуальные проблемы гуманитарных и социальных исследований. Материалы VIII Региональной  научной конференции молодых учёных Сибири в области гуманитарных и социальных наук, 22-24 ноября 2010г., Новосибирск, с.202-205, 0,3 ç.v. (Rusiya)

*Пути усиления мирового потенциала ООН по урегулированию региональных конфликтов. Актуальные проблемы гуманитарных и социальных исследований. Материалы IХ Региональной  научной конференции молодых учёных Сибири в области гуманитарных и социальных наук, 22-24 ноября 2011г., Новосибирск,с.44-47, 0,3 ç.v.(Rusiya)

*The solution ways in UN frame of the regional conflicts being in the South Caucasus: recommendations and proposals. Нацiональний педагогiчний унiверситет iменi М.П.Драгоманова, Гiлея Науковый вiсник, Випуск, Киiв 2012,64(№9) с.581-584, 0,5 ç.v.

*Ответственность государств за нарушении  экологической безопасности. Актуальные проблемы гуманитарных и социальных исследований. Материалы Х Региональной  научной конференции молодых учёных Сибири в области гуманитарных и социальных наук, 22-24 ноября 2012г., Новосибирск,с.247-250, 0,5 ç.v.(Rusiya)  

*Проблемы повышения сотрудничества главных органов ООН по урегулированию региональных конфликтов. Центр научной мысли. Зажги свою звезду. Материалы V Международной  научно-практической конференции, 26 ноября 2012г., Москва,с.121-125, 0,5 ç.v. (Rusiya)  

*Geopolitical confrontation between the members with veto right of the Security   Council and the problems of putting in order of the regional  conflicts. Нацiональний педагогiчний унiверситет iменi М.П.Драгоманова, Гiлея Науковый вiсник, Випуск 77(№10), Киiв 2013, с.318-320, 0,6 ç.v. (Ukrayna)

*Пути  восстановления мира и стабильности на Южном Кавказе. социальных исследований. Материалы ХI Региональной  научной конференции молодых учёных Сибири в области гуманитарных и социальных наук, 22-24 ноября 2013г., Новосибирск,с.247-250, 0,5 ç.v.  http://www.philosophy.nsc.ru/youngcons/mol-archive.htm (Rusiya)  

*Importance of the UN in the regulation of the international relations and the offers about reforms. Нацiональний педагогiчний унiверситет iменi М.П.Драгоманова, Гiлея Науковый вiсник, Випуск 79(№12), Киiв 2013, с.316-318, 0,5 ç.v. (Ukrayna)

*Ermenistan'ın Azerbaycan'a Silahlı Saldırı: Uluslararası Humanitar Hakların Pozulması.  Meseleleri. Turkish Studies - International Periodical For The Languages, Literature and History of Turkish or Turkic. Volume 9/5 Spring 2014, p.643-653, Ankara-Turkey, 0,8 ç.v. www.turkishstudies.net

Doi Number :http://dx.doi.org/10.7827/TurkishStudies.6822(Türkiyə)

*Perspectives of the reforms in the General Assembly of UN. Львiвська Фундацiя  Суспiльних Наук.Чинники Розвитку Суспiльних Наук у XXI Столiттi. Мiжнароднa  науkoво-практичнa конференцiя, Львiв, 28-29 жовтня 2016 p, с.88-92, 0,5 ç.v. (Ukrayna)

*Women in armed conflicts and importance of women’s participation in resolving of conflicts. Program ve Bildiri Özetleri Kitabı. Uluslararası Kadın ve Adalet Zirvesi. İstanbul, 25-26 Kasım 2016, s.167-168. 0,5 ç.v. (Türkiyə)

*Causes and results of the conflicts being in the South Caucasus. Национальний Университет «Одеська Юридична Академия» IV Мiжнароднa  науkoво-практичнa конференцiя Людина, Сусшльство, политика: Актуальнı Виклики Сучасности, Одеса,  24-25 лютого 2017 p, с.52-56, 0,5ç.v. (Ukrayna)

*The Factors Which Give Ground for the United Nations Security Council to Determine Armenia as an Aggressor State. Review of Armenian Studies A Biannual Journal of History, Politics, and International Relations. Ankara, N35, 2017, p.91-118, 2 ç.v. (Türkiyə)

*Проблемы восстановления мира и стабильности на Южном Кавказе и ООН. Большой Кавказ: пространство взаимодействия цивилизаций и народов Материалы V Международного форума историков-кавказоведов. Ростов-на-Дону, 15–16 ноября 2017, c.217-231, 0,8 ç.v. (Rusiya)  

*Birinci Dünya savaşi yillarinda Anadolu’da, Kafkasya`da Ermeni silahli örgütlerinin  faaliyetleri. Türk Tarih Kurumu, I. Dünya Savaşı’nın Hukuki ve Tarihi Yönleri Uluslararası Sempozyumu (alman-fransız penceresi). İstanbul, 6-9 Aralık 2017, s. 73., 0,1 ç.v. (Türkiyə)

*Filistin sorunu. Yeni Türkiye. İslam Dünyası özel sayısı-III. Yeni Türkiye Stratejik Araştırma Merkezi. Ankara, Türkiye. N97, Eylül-Ekim 2017, s.619-626., 1.ç.v. (Türkiyə)

*The foreign policy of the USA: the USA - Russia contradictions in the UN Security Council. Американська історія та політика: науковий журнал. – № 4. – К., 2017. – с.32-38., 0,8 ç.v.

*BMT-nin sülh missiyası və veto hüququ əsas problem kimi. ANKASAM Uluslararası Kriz ve Siyaset Araştırmaları Dergisi. May 2018, 2(1), s.67-101.. 2,2 ç.v. (Türkiyə)

*Ermenistan-Azerbaycan Savaşı, İnsan Hakları ve Birleşmiş Milletlerin İşlevselliği Sorunu (Ermənistan-Azərbaycan münaqişəsi, insan hüquqları və BMT-nin fəaliyyəti problemi). Bitlis Uluslararası Sosyo-Economik Araştırmaları ve Kalkınma Kongresi, 27-28 Eylül, 2018, 1 ç.v. (Türkiyə)

*Analysis of the reforms process in UN from prism of the political personalities. Ponte beynəlxalq elmi tədqiqat jurnalı. Thomson Reuters. Florensiya, cilid 74, may 2018, № 5/1, s. 178-210.,  3ç.v.(İtaliya)

 

İnternet saytlarında və qəzetlərdə dərc edilən məqalələr

*Heydər Əliyev:Azərbaycanın BMT ilə əməkdaşlığı. “Respublika qəzeti”, Bakı, 6 dekabr 2015. 0,8 ç.v.

*XX əsrin faciəsi Xocalı soyqırımı  -  insan hüquqlarının müdafiəsi beynəlxalq münaqişələrin nizama salınması prosesinə təsir edən əsas amildir. “Respublika” qəzeti, Bakı, 25 fevral 2016, 0,8 ç.v.

*The Factors Which Give Ground For The United Nations Security Council To Determine Armenia As An Aggressor State. Bakı, 25.12.2017. http://newtimes.az/en/geopolitics/5459/#.WpPFnsvaXPE.facebook

*Terrorists are in power in Armenia. Bakı, 13.04.2018. 

http://newtimes.az/en/politics/5579/#.WtJJY1Tzz0w.facebook

*Факторы, определяющие Армению как государство-агрессор. Bakı, 25.02.2018. 

http: // kaspixeber.az/ustm/9432-faktory-opredelyayuschie-armeniyu-kak-gosudarstvo-agressor.html

*Ermənistan İrana arxadan zərbə vurur. Bakı, 31.10.2017.

 https://xezernews.az/index.php?c=news&id=30378#.WfhazscyM3s.facebook; Bakı, 30.102017. http://www.azadinform.az/news/a-156472.html;

*Ermənilər İrana qarşı. Bakı, 10.11.2017.

http://kaspixeber.az/ustm/9276-ermnilr-rana-qar.html

*“Ermənistanın beynəlxalq hüquq normalarını pozması öz cəzasını tapmalıdır” Bakı, 18.09.2018. 

http://www.azadinform.az/news/a-182772.html   Bakı, 06.10.2018

http://newtimes.az/az/processestrends/5859/