Elmi katib

 

Hüseynova Südabə

  Hüseynova Südabə Novruzəli qızı 04.12.1979-cu il Ağstafa şəhərində anadan olmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində psixologiya ixtisası üzrə bakalavr təhsilini, 2001-2003-cü illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində hüquq psixologiyası üzrə magistratura təhsilini başa vurmuşdur. 2001-2003-cü illərdə Bakı şəhər Əzizbəyov rayonu 149 nömrəli orta məktəbində psixoloq vəzifəsində işləmişdir. 2003-cü ildə AMEA Fəlsəfə İnstitutunun sosiologiya və sosial psixologiya şöbəsində böyük laborant vəzifəsinə təyin edilmişdir. 2009-cu ildə həmin İnstitutun sosiologiya və sosial psixologiya şöbəsində kiçik elmi işçi, 2013-2017-ci ilədək isə elmi işçi vəzifəsində çalışmışdır.

12.05.2004-il tarixində AMEA Fİ-nin Sosiologiya və sosial psixologiya şöbəsinin geniş iclasında “Müasir dövrdə şəxsiyyətin hüquq düşüncəsinin sosial-psixoloji aspektləri” adlı doktorluq dissertasiyası təsdiq edilərək şöbənin dissertantı olmuşdur. AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor B.H.Əliyevin rəhbərliyilə doktorluq dissertasiyası müdafiə olunmuş və AAK-nın 10 fevral 2016-cı il tarixli (protokol № 05-k) qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmışdir.

2010-cu ildən Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin sosial və pedaqoji psixologiya kafedrasında saat hesabı dərs deyir. Ailəlidir. İki övladı var.

Respublikanın nüfuzlu elmi jurnallarında 16 elmi məqaləsi (1 məqalə xarici ölkədə) dərc edilmiş, beynəlxalq səviyyəli elmi konfranslarda müxtəlif tezis və məqalələrlə çıxış etmişdir. “Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” adlı monoqrafiyası çapa verilmişdir.