Ermənistanın Xocalıda törətdiyi soyqırımı mövzusunda elmi seminar

 

Elmi seminar keçirilib

 

AMEA Qafqazşünaslıq İnstitutunda işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımının 25 illiyinə həsr olunmuş "Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət: Ermənistanın Xocalıda törətdiyi soyqırımı" mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan İnstitutunun direktoru, millət vəkili,  professor Musa Qasımlı Xocalıda erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıq və ağılasığmaz vəhşiliklərlə törədilmiş soyqırımı haqqında məruzə edib. O, Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət törətdiyini qeyd edərək, Xocalıda törədilən soyqırımına  Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilməsinin əhəmiyyətini vurğulayıb, cənab Prezident İlham Əliyevin bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyətin birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdiyini xatırladıb. M. Qasımlı törədilən bu cinayətin cəzasız qalmayacağına və bir daha təkrarlanmayacağına ümidi ifadə edib.

Daha sonra  İnstitutun elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d., dos. Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsini müdiri, t.ü.f.d. Ziyad Əmrahov, Şimali Qafqaz şöbəsinin müdiri, t.ü.f.d. Vasif Qafarov, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva və digərləri Xocalıda törədilən soyqırımının ağır nəticələri haqqında danışıblar.

Bölmələr: Elmi seminarlar
Teqlər:

Rəy bildir