Kadrlar şöbəsi


  Həbibbəyli Samirə İlham qızı 03 sentyabr 1983-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur.

  1989-2000-ci illərdə Ordubad şəhərində orta təhsil almışdır.

  2000-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisad-Hüquq fakultəsinin hüquqşünaslıq ixtisasına daxil olmuşdur. 2004-cü ildə İnstitutun bakalavr, 2007-ci ildə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.

  2016-cı ildən Qafqazşünaslıq İnstitutunda Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır.