Şöbə müdiri

TƏRCÜMEYİ-HAL

Mirzəzadə Liliya Fridun qızı Bakı şəhərində anadan olmuşdur. 1970 - ci ildə Bakı şəhəri Nəsimi rayonunda orta məktəbi bitirmişdir. 1971- ci ildən 1975-ci ilədək Dövlət İqtisad Universitetinin tələbəsi olmuşdur. Eyni vaxtda Bakı Aqreqat-İstehsalat Birliyində əmək üzrə iqtisadçı vəzifəsində çalışmışdır. Ali məktəbi bitirdikdən sonra öz əmək fəaliyyətinə “Elektrosentrolit” zavodunda Əməyin Elmi Təşkili Şöbəsinin mühəndisi vəzifəsində davam etmişdir.

1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı ETİ-də elmi fəaliyyətinə başlamışdır.

Elmi tədqiqatlarının nəticəsi kimi 1992-cü ildə namizədlik dissertasiya işini Moskva şəhərində müdafiə edib, həmin ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 19 yanvar 1993-cü ildə iqtisad elmləri namizədi diplomunu almışdır.

 Daha sonra Azərbaycan Dövlət Statistika Komitəsinin Əmək şöbəsində aparıcı iqtisadçı kimi çalışmışdır. 1994-cü ilin sonundan Azərbaycan Milli Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda əmək fəaliyyətinə kiçik elmi işçi kimi davam etmişdir. Hazırda bu İnstitutun bazasında yaradılmış Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (FSHTİ) Sosial-Siyasi elmlər üzrə informasiya şöbəsinin böyük elmi işçisi, daha sonra aparıcı elmi işçi kimi çalışmışdır. 2006-cı ildə Ali Atestasiya Komitəsinin əmri ilə dosent dərəcəsi almışdır. 2016-cı ilin 16 noyabrından Fəlsəfə İnstitutundakı dəyişikliklərdən sonra fəaliyyətinə Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsində davam etmişdir. 2017-ci ilin 20 sentyabr tarixindən Şimali Qafqaz şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda doktorluq dissertasiyasının (kod:5908.0, mövzu: Siyasətin nəzəriyyəsi) II müzakirəsi aparılır, 75 əsəri (o cümlədən monoqrafiya, 2 kitab) vardır.  2004-cü ildən Bakı Dövlət Universitetinin Politologiya-Sosiologiya kafedrasında dərs deyir.
Bölmələr: Şimali Qafqaz
Teqlər:

Rəy bildir