Təsisçi




№ 12/10

Bakı şəhəri                                                                                                              01 noyabr 2017-ci il


AMEA-nın Qafqazşünaslıq İnstitutunun

“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının təsis edilməsi haqqında


Azərbaycan alimlərinin Qafqaza dair tədqiqatlarını təqdim etmək və tanıtmaq, qafqazşünaslıq, regionşünaslıq sahəsində elmi təcrübəni geniş ictimaiyyət arasında yaymaq, bu sahənin aktual elmi nəzəri problemlərinə dair Azərbaycanın və xarici ölkələrin qafqazşünas alimlərinin ideyalarını və fikirlərini təbliğ etmək məqsədilə AMEA-nın Qafqazşünaslıq İnstitutunda “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının təsis edilməsi məqsədəuyğundur.

Qeyd olunanlarla bağlı AMEA-nın İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:


1. AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı təsis edilsin.
2. AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının Redaksiya heyəti aşağıdakı tərkibdə təsdiq edilsin:

AMEA-nın müxbir üzvü Musa Qasımlı

baş redaktor

Günel Musayeva

məsul katib

Üzvlər:

Akademik İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti

Akademik Nərgiz Axundova

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi

Tarix üzrə elmlər doktoru, professor

Əli Həsənov

Azərbaycan  Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi

Tarix üzrə elmlər doktoru, professor

İradə Hüseynova

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri

Tarix üzrə elmlər doktoru İradə Bağırova

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri

Tarix üzrə elmlər doktoru, professor

Həsən Əlibəyli

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər şöbəsinin müdiri

Siyasi elmlər üzrə elmlər doktoru

Elçin Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor

Siyasi elmlər üzrə elmlər doktoru

Hikmət Məmmədov

Bakı Dövlət Universitetinin professoru

Tarix üzrə elmlər doktoru Christopher Gunn

Koastal Karolina Universitetinin tarix fakültəsinin professoru (ABŞ)

Tarix üzrə elmlər doktoru, professor

Mixail Basxanov

Mərkəzi Asiya və Şərq Araşdırmaları Kral Cəmiyyətinin həqiqi üzvü (Böyük Britani- ya)

Tarix elmləri doktoru, professor

Kamal Çiçək

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi Tarix İnstitutunun direktoru (Türkiyə)

Tarix üzrə elmlər doktoru

 İbrahim Ethem Atnur

Atatürk Universitetinin professoru (Türkiyə)

Akademik Şaxrudin Qapurov

Çeçenistan Respublikası Elmlər

Akademiyasının prezidenti (Rusiya)

Siyasi elmlər üzrə elmlər doktoru, professor Pavel Çıqankov

M.V.Lomonosov adına MDU-nun Beynəlxalq münasibətlərin sosiologiyası kafedrasının müdiri

Tarix üzrə elmlər doktoru Quram Marxuliya

Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzinin prezidenti Suxumi Dövlət Universitetinin professoru (Gürcüstan)

Hüquq üzrə elmlər doktoru

Leonid Timçenko

Ukrayna Milli Dövlət Vergi Xidməti Universitetinin professor

Oleq Kupçik

T.Şevçenko adına Kiyev Milli

Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti (Ukrayna)

Gülnar Kozqambayeva

Əl-Fərabi adına Qazax Milli Universitetinin dosenti (Qazaxıstan)

İqtisad üzrə fəlsəfə doktoru

Ərəstü Həbibbəyli

Azərbaycan Respublikası 

Baş Nazirin Katibliyinin rəisi


3. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlıya tapşırılsın ki, “Qafqazşünaslıq” jurnalının nəşri ilə bağlı məsələlər həll edilsin.
4. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilsin.