Ümumi işlər üzrə direktor müavini

Yəhyayev Şahin Xanoğlan oğlu

   


- 13 oktyabr 1981-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.  

- 1988-1999-cu illərdə Bədirli kənd orta məktəbində təhsil almışdır. 

- 2000-ci ilin aprel ayında hərbi xidmətə getmiş və 2001-ci ilin oktyabr ayında  çavuş rütbəsi ilə ordudan tərxis olunmuşdur. 

- 2003-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin “Fəlsəfə” ixtisasına daxil olmuşdur. 

- 2007-ci ildə bakalavr pilləsini bitirdikdən sonra, elə həmin il Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin “Sosial fəlsəfə” ixtisası  üzrə magistraturasına qəbul olmuşdur.

- 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.  

- 2011-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsində tərcüməçi kimi işə başlamışdır.

- 2011-ci ildə AMEA-nın Şərqşünaslıq İnstitutunda beynəlxalq münasibətlər və qlobal inkişafın siyasi problemləri ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur. “Fars körfəzində Körfəz dövlətləri və beynəlxalq güclərin maraqları”  mövzusunda dissertasiya işi üzərində işləyir. 3 elmi məqaləsi çap edilmişdir.

- 06 sentyabr 2016-ci il tarixində AMEA-nın Qafqazşünaslıq İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.  

- Ailəlidir, bir övladı vardır.