“Birinci dünya müharibəsinin hüquqi və tarixi yönləri (alman-fransız perspektivi)” adlı beynəlxalq elmi simpoziumda “Almaniyanın Cənubi Qafqaz siyasəti (1918-ci il avqust-noyabr)” mövzusu

AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Türk Tarix Qurumunun Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Fransa, Rusiya, Ukrayna, Qazaxıstan, Bolqarıstan, Makedoniya və b. ölkələrdən görkəmli tarixçilərin iştirakı ilə keçirdiyi “Birinci dünya müharibəsinin hüquqi və tarixi yönləri (alman-fransızperspektivi)” adlı beynəlxalq elmi simpoziumda “Almaniyanın Cənubi Qafqaz siyasəti (1918-ci il avqust-noyabr)” mövzusunda məruzə edib, iclaslardan birinə sədrlik edib. Azərbaycan alimi konfransın işinin yekununda elmi-nəzəri ümumiləşdirmədə və dəyərləndirmədə çıxış edib.

Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d., dosent Ramilə Dadaşova  “I Dünya müharibəsi illərində Anadoluda və Qafqazda erməni silahlı təşkilatlarının fəaliyyətləri” mövzusunda məruzə edib. Məruzədə R.Dadaşova erməni və rus alimlərinin əsərlərinə, I Dünya müharibəsində iştirak edən erməni və rus hərbiçilərinin xatirələrinə istinad edərək Ermənistanın dünya parlamentlərində qəbul etdirməyə çalışdığı “erməni soyqırımı” iddiasının saxta və yalançı olduğunu simpozium iştirakçılarının diqqətinə çatdırıb. İkincisi isə R.Dadaşova bildirib ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu günkü Ermənistan ordusunun əsası I Dünya müharibəsi illərində Daşnaksütun və Qnçak  terror təşkilatlarının üzvləri tərəfindən qoyulmuşdur. Belə ki, I Dünya müharibəsi illərində Türkiyəyə qarşı vuruşmaq üçün dünyanın hər yerindən ermənilər yığışaraq onlarla könüllü drujinalar yaratdılar. Sonra bu drujinalara daha çox erməni cəlb edildi və 24 batalyon, 8 alay, 2 diviziya və Qərb ermənilərindən ibarət olan Andranikin vəhşi diviziyası yaradıldı, 1917-ci ilin dekabr ayında ayrıca erməni korpusu yaradıldı. 1918-ci ildə bunların əsasında Ermənistan ordusu yaradıldı.

 R.B.Dadaşovanın rəsmi faktlarla əsaslandırdığı məruzə simpozium iştirakçılarının diqqətini cəlb etmişdir.






 
Bölmələr: Xəbərlər
Teqlər:

Rəy bildir