“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans

 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

 

 

 

QAFQAZŞÜNASLIQ İNSTİTUTU

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyinə həsr olunmuş 

“Qafqazda dövlətlərarası münasibətlər: 

100 il əvvəl və müasir dövr” 

mövzusunda beynəlxalq elmi konfrans

23-24 may 2018-ci ilBakı

 

            Konfransın bölmələri:

  • Qafqaz ölkələrinin xarici siyasəti və qarşılıqlı münasibətləri;
  • Qafqazda geosiyasi şərait;
  • Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər;
  • Qafqazda münaqişələr;
  • Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü;
  • Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi;


Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

  • Microsoft Word A4 ölçüdə 8-10 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
  • Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  • Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;
  • Azərbaycan, ingilis və rus dillərində açar sözlər (6 sözdən az olmamalıdır) verilməlidir;
  • İqtibaslar hər bir səhifənin sonunda verilməlidir;
  • Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;
  • Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə yazılmalı və ümumi səhifəsi göstərilməlidir;
  • Rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir. PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur;
  • Məruzələrin son təqdimetmə müddəti 15 aprel tarixinə qədərdir;
  • Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcəkdir.


Təşkilat komitəsi:  AMEA Qafqazşünaslıq İnstitutu. 

Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq

Tel: +994 12 539 89 91. 

E-mail: caucasus.conference1@gmail.com

                  

Əlavə məlumat üçün www.science.gov.az
Bölmələr: Xəbərlər / Elanlar
Teqlər:

Rəy bildir