Qafqazşünaslıq İnstitutunun gənc əməkdaşı mükafatlandırıldı

Qafqazşünaslıq İnstitutunun gənc əməkdaşı mükafatlandırıldı

 

       Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibləri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında mükafatlandırılıblar. 46 gənc alimin iştirak etdiyi müsabiqədə birinci yeri tutan Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadəyə mükafatı və sertifikatı AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

       Qeyd edək ki, akademiya prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamına əsasən elan edilən AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsinin  keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.

       Qeyd edək ki, t.ü.f.d. E.Kəlbizadənin indiyə qədər 1 monoqrafiya, 2 kitab və 40-dan artıq elmi məqaləsi nəşr edilib. Müəllifin elmi əsərləri Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan kimi ölkələrin nüfuzlu nəşrlərində və elmi jurnallarında çap edilib. Gənc alim hazırda əsasən tarixi-coğrafiya və Qafqazşünaslıq istiqamətlərində tədqiqatlar aparır.
Bölmələr: Xəbərlər
Teqlər:

Rəy bildir