Qafqazşünasliq İnstitutunun əməkdaşi beynəlxalq simpoziumda məruzə etmişdir

Qafqazşünasliq İnstitutunun əməkdaşi beynəlxalq

simpoziumda məruzə etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası, Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.f.d. Ziyad Əmrahov cari ilin 01-02 dekabr tarixlərində Ankarada Türkiyə Cümhuriyyəti Başbakanlık Atatürk Araşdırma Mərkəzi, Ankara Yıldırım Bəyazid Universitetinin birgə təşkil etdiyi “Sayks-Piko gizli andlaşmasının 100-cü ilində Orta Şərq və Türkiyə” adlı beynəlxalq Simpoziumda “İkinci dünya müharibəsindən sonra Qara dəniz boğazları ilə bağlı Sovet planları” (“Soviet plans about Black Sea Straits after World War II)” mövzusunda ingilis dilində məruzə etmişdir. Məruzədə İkinci dünya müharibəsinin başa çatmasından sonra Türkiyənin başı üzərini almış Sovet təhlükəsi və bu təhlükənin yeni təzahürləri, 1946-cı il avqust ayının 7-də “Qara dəniz Boğazlarına dair Montrö Sazişi haqqında” SSRİ Xarici İşlər Nazirliyinin Türkiyə hökumətinə notası və bu məsələdə Türkiyə hökumətinin, eyni zamanda Böyük Britaniya, ABŞ və Fransanın mövqeləri əsas diqqət mərkəzində olmuşdur.

Məruzəsinin sonunda alim, Sovet İttifaqının Boğazlarla bağlı cızdığı bir sıra planların, 1946-cı ilin avqust, sentyabr aylarında Türkiyə tərəfinə təqdim edilmiş Sovet notasının dünya və türk mətbuatının başlıca mövzularından biri olmasını beynəlxalq Simpoziyum iştirakçılarının diqqətinə çatdırmiş, Türkiyədə ilk dəfə olaraq çoxpartiyalı sistemə keçidlə bağlı Simpozium iştirakçılarının suallarını cavablandırmışdır. 

Bölmələr: Xəbərlər / Elanlar
Teqlər:

Rəy bildir