Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 99 illiyinə həsr edilmiş dəyirmi masa

 


Qafqazşünaslıq İnstitutunda dəyirmi masa

  AMEA Qafqazşünaslıq İnstitutunda Azərbaycan  Xalq Cumhuriyyətinin yaradılmasının 99 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı  1918-ci il 28 may tarixində Cumhuriyyətin elan edildiyi tarixi şəraitdən, Cənubi Qafqaz regionunda tutduğu yerdən, xarici siyasətindən, ölkə daxilində həyata keçirilən tədbirlərdən danışıb. Direktor, Cümhuriyyətin qurulmasının  100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamın böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb.

   Dəyirmi masada İnstitutun Şimali Qafqaz şöbəsinin müdiri, t.ü.f.d., dosent Vasif Qafarov, Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d., dosent  Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.f.d. Ziyad Əmrahov və digərləri çıxış edərək Cumhuriyyət tarixinin müxtəlif səhifələrindən söz açıblar.

Bölmələr: Xəbərlər / Dəyirmi masalar
Teqlər:

Rəy bildir