Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq simpoziumda məruzə edib




Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq 

simpoziumda məruzə edib

    Türk Tarix Qurumu və Antalyada Ağ dəniz Universitetinin birgə təşkil etdiyi “Birinci dünya müharibəsinin 100-cü ildönümü: türk-ingilis pəncərəsi” adlı beynəlxaq simpozum keçirilib. 13 ölkədən – ABŞ, İngiltərə, Ukrayna, Makedoniya, Fransa, İran, Gürcüstan, Avstraliya, Qazaxıstan, Ukrayna və b. ölkələrdən tarixçilərin iştirak etdiyi bu simpoziumda millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin hazırlanmasında erməni kilsəsinin rolu (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda maraqlı məruzə edib və iştirakçıların suallarını cavablandırıb. Azərbaycan alimi eyni zamanda, “Qafqaz Birinci dünya müharibəsi illərində” adlı bölmə iclasına da sədrlik edib. Yekunda simpoziumda dinlənilən məruzələrin ümumi dəyərələndirmələrini üç görkəmli tarixçi alim – Türk Tarix Qurumunun başkanı, professor Refik Turan, professor İlbər Ortaylı və professor Musa Qasımlı edib, elmi-nəzəri ümimiləşdirmələr aparıblar.

Bölmələr: Xəbərlər / Simpoziumlar / Konfranslar
Teqlər:

Rəy bildir